reklam
Müşahidə Şurasının iclası keçiriləcək -
Sportfm.az xəbər saytı

Müşahidə Şurasının iclası keçiriləcək -"Neftçi"də


Yaxın günlərdə "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının (MŞ) iclası keçiriləcək.

Sportfm.az xəbər verir ki, bu barədə MŞ üzvü Zaur Qəhrəmanov bildirib. Onun sözlərinə görə, toplantıda digər məsələlərlə bərabər komandanın son nəticələri haqqında məlumat veriləcək: "Daha sonra klub tərəfindən açıqlama olacaq".

Z.Qəhrəmanov baş məşqçi Samir Abasov barədə sosial şəbəkədə yazdığı şərhə də aydınlıq gətirib: "Sosial mediada yazılanlar mənim şəxsi fikirimdir və qeyri-rəsmidir. Samir Abasov "Neftçi"nin baş məşqçisidir, onun işinə rəsmi qiymət vermək MŞ-nin işi deyil. Bunu klubun prezidenti etməlidir".

Qeyd edək ki, Zaur Qəhrəmanov "Neftçi"nin Azərbaycan Premyer Liqasında IX tur matçında "Qarabağ"a 0:4 hesabı ilə uduzduğu oyundan sonra sosial şəbəkədə Samir Abasovu nəzərdə tutaraq, "O, maksimum Musiqili Komediya Teatrında səhnə quraşdıra bilər" şərhini yazıb. (report)

Oxşar xəbərlər

Zaur Qəhrəmanov "Neftçi"dən getdi
Qəhrəmanov SOCAR-dakı vəzifəsindən azad olundu
"Neftçi" Samir Abasovla bağlı qərar verdi - RƏSMİ
“Neftçi”nin Müşahidə Şurasının iclası keçirildi
"Sumqayıt" Samir Abasovla bağlı qərarını verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər