Messi və Ronaldo ondan geridə qaldı -Uğur
Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, 33 yaşlı hücumçu buna evdə Portuqaliyanın "Benfika" komandasını 5:2 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin IV tur oyununda nail olub.
Polşalı forvard turnirdəki 100-cü matçında 80-ci qola imza atan ilk oyunçu kimi tarixə düşüb.
Fransa PSJ-sində çıxış edən Lionel Messi 102-ci qarşılaşmasında, İngiltərənin "Mançester Yunayted" klubunda şərəfini qoruyan Kriştianu Ronaldo isə 116-cı görüşündə eyni sayda qol vurub.
Qeyd edək ki, "Bavariya" E qrupunda 12 xalla liderdir. Münhen təmsilçisi sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
Oxşar xəbərlər
Levandovski yeni rekorda imza atdı - La Liga
Ronaldo, Messi və Əli...
Levandovski Messi ilə Ronaldonu müqayisə etdi
Levandovski rekorda doymur - Çempionlar Liqası
Robert Levandovskinin yeni rekordu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası