"Futbolçularım qalib gəlmək üçün ən yaxşısını etdilər" -Qurban Qurbanov
"Yaxşı komandaya qalib gəldik. Hər iki oyunda meydanda sonadək mübarizə getdi. Hava şəraitinə, meydançanın durumuna, bütün çətinliklərə baxmayaraq, futbolçularım dözdü və qalib gəlmək üçün ən yaxşısını etdilər".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis müdafiədə oturmadıqlarını bildirib: "Daim rəqibin üzərinə getməyə çalışdıq. Çünki onlara oynamaq imkanı verdikdə topla çox yaxşı davranırlar. Maraqlı oyun üslubları var. Bəzi epizodları çıxmaq şərtilə, futbolçularım intizamlı oynadılar və böyük zəfər qazandılar. Rəqibə və çox hörmətli Kurban Berdıyevə uğurlar arzulayıram".
Oxşar xəbərlər
"Futbolçular çox yoruldular" - Qurban Qurbanov
"Rəqibin təcrübəli futbolçuları var" - Qurban Qurbanov
"Bu qələbəni haqq etdilər" - Qurban Qurbanov
"Oyunçularım düşündüyümdən daha yaxşı oynadılar" - Qurban Qurbanov
"Futbolçularımdan razı qaldım" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası