reklam
Yığmamız dünya üçüncüsü oldu -
Sportfm.az xəbər saytı

Yığmamız dünya üçüncüsü oldu -UĞUR


Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilər arasındakı dünya çempionatında Azərbaycan 3-cü yeri tutub.

Sportfm.az xəbər verir ki, bu nailiyyət medal əyarında əldə olunub.
2017-ci ildən keçirilən yarışda Azərbaycan güləşi rekord nəticəyə imza atıb. Əvvəlki 3 mundialda (2017, 2018, 2019) cəmi 2 qızıl medal əldə olunmuşdusa, bu dəfə bir yarışda 3 güləşçi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Belqradda 3 qızıl və 3 bürünc qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub və yalnız Rusiya (6 qızıl, 9 gümüş, 7 bürünc) ilə Ukraynadan (4 qızıl, 2 gümüş, 3 bürünc) geri qalıb.

Xatırladaq ki, yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadə (55 kq) ilə Ülvü Qənizadə (72 kq) bürünc, sərbəst güləşdə isə Əliabbas Rzazadə (57 kq) ilə Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medala yiyələnib.

Oxşar xəbərlər

Millimizdən tarixi uğur - Dünya çempionu oldular
Güləşçilərimizdən “Çempionlar” turnirində 24 medal
Azərbaycan millisi 3 medalla 6-cı oldu - Dünya çempionatı
Güləş millimiz Avropa üçüncüsü oldu! - 3 qızıl və 1 gümüş
Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər