Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Namik Ələskərovun komandası azarkeşlərin hücumuna məruz qaldı
Azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” komandası azarkeşlərin hücumuna məruz qalıb.
Sportfm.az xəbər verir ki, 1-ci liqanın 12-ci turunun “Kocaelispor”la matçından əvvəl komanda üzvlərini daşıyan avtobus azarkeşlərin hücumuna məruz qalıb. Bu barədə “Bursaspor”un mətbuat xidməti məlumat yayıb.
“Kocaelispor” fanatları stadiona daxil olan “Bursaspor” klubunun avtobusunu təpikləyib və butulkalar atıblar.
“Bursaspor” “Kocaelispor”a 1:2 hesabıyla uduzub. Bursa təmsilçisinin yeganə qolunu 60-cı dəqiqədə Namik Ələskərov vurub.
Oxşar xəbərlər
Namik Ələskərov "Bursaspor"a qələbə qazandırdı
Namik Ələskərov "Bursaspor"da növbəti qolunu vurdu - VİDEO
Namik oynadı, komandası xal itirdi - Türkiyə 1-ci liqası
Namik qol ötürməsi etdi, komandası qələbə qazandı - VİDEO
Ələskərov nömrə seçimini etdi - İlk məşqinə çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası