reklam
“Kəpəz”in futbolçusu: “Son qarşılaşmadan dərs götürmüşük”
Sportfm.az xəbər saytı

“Kəpəz”in futbolçusu: “Son qarşılaşmadan dərs götürmüşük”


Topaz Premyer Liqasının XVI turunda "Kəpəz” Bakıda "Zirə” ilə qarşılaşacaq.
 
Sportfm.az xəbər verir ki, səfər oyunu öncəsi "sarı-göylər”in futbolçusu Tural Rzayev klubun rəsmi saytına açıqlama verib: "Çempionatın ikinci hissəsinə uğursuz start verməyimiz bizi məyus etdi. Çünki qış fasiləsində yaxşı hazırlıq keçmişdik. Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunmuşdu və bunun bərhəsini ilk oyunda görmək istəyirdik. Amma gözlənilməz şəkildə uduzduq. Düşünmürəm ki, "İnter” önündə alınan böyükhesablı məğlubiyyət qarşıdakı matça mənfi təsir etsin. Əksinə, "Zirə”yə qarşı matçda uğurlu nəticəyə daha da köklənmişik. Məğlubiyyəti qələbə ilə unutdurmaq olar. Hamı da məsuliyyəti dərk edir. Bu oyunun bizim üçün nə qədər vacib olduğunu yaxşı başa düşürük. Meydana qalib gəlmək üçün çıxacağıq. Psixoloji hazırlığımız yerindədir. Razıyam ki, uduzmaq əhval-ruhiyyəni korlayır. Amma son qarşılaşmadan dərs götürmüşük, məşqçilər korpusu da bizi motivasiya edir”.

Oxşar xəbərlər

Julien Ebah: “Nəticələr bizi məyus edir”
"Kəpəz"in futbolçusu: "Bütün heyət şokdan ayıla bilmədi"
Tural Qürbətov: “Hər şey özümüzdən asılıdır”
Vüqar Bəybalayev: “Məğlubiyyətləri azarkeşlərə unutduracağımıza inanıram”
AFFA-dan cəzalar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər