"Keşlə" Bakıdan köçür -Premyer Liqada rayon klubu
Azərbaycan futbolunda yeni klub peyda olur.
Sportfm.az xəbər verir ki, Bakını təmsil edən "Keşlə" dördüncü dəfə adını dəyişir.
Belə ki, "Keşlə" klubunun adı dəyişdirildi. Klub Şamaxıya köçərək, bu şəhərin adını daşıyacaq.
Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və "Keşlə" klubu arasında müzakirə aparılıb.
Bölgələrdə futbolun inkişafına dəstək, sadionun səmərəli və müntəzəm istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə"yə "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub.
Bununla əlaqədar klubun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib. Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə"nin adının dəyişdirilərək "Şamaxı" futbol klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.
Oxşar xəbərlər
"Keşlə"nin adı dəyişdirilərək "Şamaxı" oldu - RƏSMİ
"Şamaxı"nın loqosu müəyyənləşdi
"Keşlə" bu tarixdən "Şamaxı" adlanacaq - Proses sürətləndi
Şamaxıdakı süni ot örtüyü FIFA-nın sertifikatına layiq görüldü
Sənan Qurbanov açıqladı - "Artıq bölgə komandası kimi çıxış edəcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası