reklam
AFFA ermənilərin təxribatına görə FIFA-ya müraciət edəcək
Sportfm.az xəbər saytı

AFFA ermənilərin təxribatına görə FIFA-ya müraciət edəcək


AFFA Ermənistan və Almaniyanın futbol üzrə milli komandaları arasında noyabrın 14-də İrəvanda keçirilən qarşılaşma zamanı ermənilərin törətdikləri təxribatla bağlı FİFA və UEFA-ya müraciət edəcək.

Sportfm.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq milli assosiasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. 

Onun sözlərinə görə, hər dəfə belə hal baş verəndə FIFA və UEFA-ya müvafiq müraciətlər göndərilir. 

Qeyd edək ki, 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı ermənilər təxribat törədib. Azarkeşlər Azərbaycanın Qarabağ bölgəsində əvvəllər mövcud olmuş separatçı-terrorçu rejimin tör-töküntülərinin "bayrağ"ını açıblar. 

Xatırladaq ki, İrəvandakı qarşılaşma Almaniya yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

AFFA UEFA-ya şikayət edəcək - AÇIQLAMA
AFFA ermənilərin təxribatına münasibət bildirdi
AFFA UEFA-ya müraciət etdi - Ermənistan Futbol Federasiyası ilə bağlı
AFFA FİFA-ya müraciət ünvanlayacaq - Ermənilərin təxribatına görə
AFFA Rusiya Futbol İttifaqına etiraz məktubu göndərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər