Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Mançester Yunayted"in təklifini qəbul etmədi
İspaniya "Real Madrid"inin sabiq baş məşqçisi Zinəddin Zidan İngiltərənin "Mançester Yunayted" futbol komandasının sükanı arxasına keçməkdən imtina edib.
Sportfm.az xəbər verir ki, 49 yaşlı mütəxəssis təklifi iki səbəbdən qəbul etməyib. Bunlardan biri fransalı keçmiş yarımmüdafiəçinin ingilis dilini pis bilməsi, digəri isə həyat yoldaşının İngiltərəyə köçmək istəməməsidir.
Zidanın gələcəkdə PSJ və ya Fransa millisinin baş məşqçisi olmağı arzuladığı bildirilir.
Qeyd edək ki, "Mançester Yunayted" noyabrın 21-də Ule Qunnar Sulşeri istefaya göndərib.
Oxşar xəbərlər
"Mançester Yunayted"də baş məşqçi postuna namizədlər - 4 mütəxəssis
"Əgər "Mançester Yunayted"ə baş məşqçi lazımdırsa, mən hazıram" - Maradona
Zidan baş məşqçi vəzifəsinə qayıdacağını açıqladı
Zidan kimin yerinə göz dikib?
15 yaşlı futbolçu "Mançester Yunayted"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası