"Qrupu üst pillələrdə tamamlamaq istəyirik" -Yığmamızın baş məşqçisi
"Qrupda keçirdiyimiz ilk beş oyun bizim üçün yaxşı nəticələnməmişdi. Təbii ki, bu nəticələr bizi qane etmirdi. Uğursuz gedişə son qoymaq istəyirdik".
Sportfm.az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Bakıda Monteneqroya 1:0 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis evdə qələbə qazanmağın sevindirici olduğunu bildirib: "Bu nəticə gələcək oyunlar üçün komandaya əlavə stimul verəcək. Qarşıdakı 4 oyundan müsbət nəticələr əldə edib qrupu üst pillələrdə tamamlamaq istəyirik".
Monteneqro yığmasının baş məşqçisi Mirko Mariç isə məğlubiyyəti şanssızlıqla əlaqələndirib: "Topa daha çox biz sahib idik. İki epizodda fərqlənməyə yaxın olduq. Təəssüf ki, zərbələrimiz dirəkdən geri qayıtdı. Bu gün bəxtimiz gətirmədi. Azərbaycan millisi qol vurdu və sona qədər yaxşı müdafiə olundu”.
Oxşar xəbərlər
Yığmamızın baş məşqçisi 4-cü məğlubiyyətə haqq qazandırmağa çalışdı - Dünya çempionatı
"Bu nəticə bizi qane edir" - "Makkabi"nin baş məşqçisi
"Qarşımızda yaxşı müdafiə xətti var idi" - Qurban Qurbanov
"Hər oyunda uğurlu nəticə əldə etmək istəyirik" - Ayxan Abbasov
"Qarşıdakı matçlarda yaxşı nəticə əldə edəcəyik" - Araz Abdullayev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası