Şəhriyar Məmmədyarov "TOP-10"da -FIDE reytinqi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın bir təmsilçisi yer alıb.
Xallarını 2767-yə çatdıran Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 9-cu sıraya yüksəlib. Teymur Rəcəbov isə 2753 xalla ötən ayla müqayisədə 1 pillə də geriləyib. O, 14-cü pillədə qərarlaşıb.
Qədir Hüseynov (2661) 80-ci, Rauf Məmmədov (2656) 86-cı pillədə yer alıb.
Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen (2856) rəhbərlik edir. Alireza Firuzca (Fransa, 2804) 2-ci, Dinq Liren (Çin, 2799) isə 3-cüdür.
Qadın şahmatçıların reytinqində Günay Məmmədzadə (2470) 26-cı, Gülnar Məmmədova (2387) 71-ci, Xanım Balacayeva isə (2376) 83-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan şahmatçıları ilk "10-luğ"u tərk etdilər - FIDE reytinqi
"Şah" yerində durmur - Reytinq cədvəli
Şəhriyar Məmmədyarov ilk "10-luq"da - FIDE reytinqi
Şahmatçılarımızın mövqeləri dəyişmədi - FIDE reytinqi
Şahmatçılarımızın mövqeyi dəyişməz qaldı - FIDE reytinqi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası