"Bazelə qələbə üçün gedirik" -Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda "Bazel”lə keçiriləcək səfər oyunu öncəsi fikirlərini böülüşüb.
Sportfm.az xəbər verir ki, o, Bizim.Media-ya açıqlamasında komandanın oyuna hazırılığından və əhval-ruhiyyəsindən danışıb.
"Sonuncu oyunumuzdur. Bu, qrupun ən güclü komandasıdır. Həqiqətən istəyirik ki, bu komandaya qarşı çox düzgün futbol oynayaq. Baxmayaraq ki, onlar öz meydanlarında oynayırlar, biz ora qələbə üçün gedirik. Geridə qalan oyunlar bizə çox böyük təcrübə verdi. Futbolçularıma çox güvənirəm. Daima hücum futboluna çalışırıq. Bizim son vaxtlar bütün düşüncəmiz, fəlsəfəmiz də budur. Heyətdə 1-2 dəyişiklik ola bilər. Ancaq böyük dəyişiklik gözlənilmir".
Qeyd edək ki, “Bazel” – “Qarabağ” oyunu dekabrın 9-da keçiriləcək. Hər iki komanda H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.
Oxşar xəbərlər
"Qarabağ" ilk "10-luq"da - Konfrans Liqası
"Bazel" - "Qarabağ" oyununun hakimləri məlum oldu - Konfrans Liqası
“Qarabağ”ın səfər proqramı
UEFA "Qarabağ"la bağlı paylaşım etdi - Konfrans Liqası
“Qarabağ”ın qrup oyunlarının təqvimi - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası