reklam
Prezident Quba Olimpiya İdman Kompleksində -
Sportfm.az xəbər saytı

Prezident Quba Olimpiya İdman Kompleksində -FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olublar.

Sportfm.az xəbər verir ki, dövlət başçısı, birinci xanım və qızları Kompleksin ərazisini gəziblər.

Məlumat verilib ki, yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Layihənin özünəməxsusluğu ondan ibarətdir ki, burada istirahət, idman, təlim və tədris bir məkanda cəmləşib. Həmçinin bu cür komplekslərin yaradılması regionlarda əmək bazarına yeni iştirakçıların daxil olmasına ciddi təkan verir.

Quba universal kompleksində 200-250 işinin çalışacağı nəzərdə tutulur. Onların mütləq əksəriyyətini yerli sakinlər təşkil edəcək.

Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Kompleksdəki 340 tamaşaçı yerlik üzgüçülük hovuzu, 6600 tamaşaçı yerlik futbol stadionu, Şahmat Mərkəzi və otellə tanış olublar.

Bildirilib ki, Kompleksin təlim və tədris hissəsində maliyyə sektoru prioritet olmaqla, bank, sığorta və kapital bazarları iştirakçıları üçün məşğələlər keçiriləcək. İlkin mərhələdə isə personalın xidmət səviyyəsinin yüksəldiləsi üçün proqramların təşkili nəzərdə tutulur.

Şahmat Mərkəzində idmanın bu növü ilə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb. Çünki, şahmat dövlətimizin xüsusi diqqətində olan idman sahələrindəndir.





















Oxşar xəbərlər

İşğaldan azad olunan ərazilərdə ilk idman tədbiri təşkil edildi - Prezident və xanımı açılışda oldu
Ölkə prezidenti MGA-da oldu - FOTO
Prezident Olimpiya İdman Kompleksinin açılışında iştirak etdi - FOTO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xətai rayonunda salınan idman-əyləncə park kompleksinin açılışında iştirak ediblər - FOTO
Prezident İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər