"Milan" qrupda qaldı, PSJ yoluna davam edir -Çempionlar Liqası
UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun daha 6 oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən İngiltərə "Liverpul"u İtaliyada "Milan" üzərində əzmkar qələbə qazanıb. Qrupun digər oyununda Portuqaliya "Portu"su evdə İspaniyanın "Atletiko" (Madrid) klubuna uduzub. Bu nəticələrdən sonra Madrid klubu növbəti mərhələyə, Porto şəhərinin eyniadlı təmsilçisi Avropa Liqasının pley-offuna vəsiqə qazanıb. "Milan" isə avrokuboklarla vidalaşıb.
C qrupunda Türkiyə "Beşiktaş"ı Almaniyada Dortmund "Borussiya"sına böyük hesabla uduzub. Digər görüşdə isə qrup qalibi olan Niderland "Ayaks"ı Portuqaliya "Sportinq"ini üstələyib.
D qrupunda İspaniya "Real Madrid"i doğma meydanda İtaliya "İnter"i ilə 1-ci yer uğrunda mübarizə aparıb. Rəqibini məğlub edən "kral klubu" 1/8 finala qrup lideri kimi adlayıb. Qrupun digər oyununda Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova "Şerif"i Ukraynada Donetsk "Şaxtyor"u ilə heç-heçə edib.
Oxşar xəbərlər
"Tottenhem" üçün önəmli matç - Çempionlar Liqası
Qrup mərhələsində sonuncu tura start veriləcək - Çempionlar Liqası
Daha 5 komanda 1/8 finalda - Çempionlar Liqası
"Real"dan qələbə, "Milan"dan bərabərlik - Çempionlar Liqası
"Beşiktaş" "Sportinq"ə, "Atletiko" "Liverpul"a qarşı - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası