Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Fənərbaxça baş məşqçisiz qaldı -Pereyra getdi
Türkiyənin "Fənərbaxça" klubu baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.
Sportfm.az xəbər verir ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Sarı-lacivərdlilər" 53 yaşlı baş məşqçinin rəhbərliyi altında cari mövsüm UEFA Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşüb. Komanda Türkiyə Super Liqasında isə 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin iyulunda "Fənərbaxça"nın sükanı arxasına keçən Vitor Pereyra daha əvvəl 2015/2016 mövsümündə İstanbul nəhənginə başçılıq edib.
Oxşar xəbərlər
"Borussiya" baş məşqçisi ilə vidalaşdı
Benitesi o əvəzləyəcək - Təyinat
"Fənərbaxça"nın yeni baş məşqçisi - RƏSMİ
Kocaman "Fənərbaxça"dan getdi
"Fənərbaxça" baş məşqçisini qovdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası