reklam
Fərid Qayıbov İBA prezidentini qəbul etdi -
Sportfm.az xəbər saytı

Fərid Qayıbov İBA prezidentini qəbul etdi -FOTO


Dekabrın 23-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovu qəbul edib.
Sportfm.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Fərid Qayıbovu nazir təyin edilməsi münasibətilə təbrik edən qonaq ölkəmizə səfəri çərçivəsində iştirak edəcəyi tədbirlər barədə məlumat verib.
Umar Kremlyovun səfər proqramının Azərbaycan boksçularına faydalı olacağına inandığını bildirən Fərid Qayıbov qeyd edib ki, ölkəmiz bütün beynəlxalq idman qurumları kimi, Beynəlxalq Boks Assosiasiyası ilə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir.
​Azərbaycan boksunun hazırkı vəziyyəti, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələr və digər məsələlərin müzakirə olunduğu görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və digər şəxslər iştirak ediblər.

 

Oxşar xəbərlər

Fərid Qayıbov Siyəzən və Xızıda vətəndaşları qəbul etdi
Nazir idmançlılarla görüşdü
Nazir medal qazanmış idmançılarla görüşdü
Fərid Qayıbov Avropa Gimnastikasının prezidenti seçildi
Fərid Qayıbov qalib idmançılarla görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər