Region Liqasında ilin son turu -mərkəzi matçda qış çempionu müəyyənləşəcək
AFFA-nın keçirdiyi Region Liqasında cari mövsümdə bu il üçün son turun oyun cədvəli açıqlanıb.
Sportfm.az xəbər verir ki, qalanlarının fasiləyə çıxdığı bir vaxtda yalnız bir zonada - Qərb və Şimal-Qərbdə IX turun matçları olacaq. Bunlar həftəsonu 2 günü əhatə edəcək.
Qış çempionunun müəyyənləşəcəyi mərkəzi matç sabah Ağstafada olacaq. Belə ki, turnir cədvəlində 2-ci pillədə gedən bu rayonun eynadlı komandası lider "Energetik"i qonaq edəcək. "Ağstafa" qalib gələrsə, həm mingəçevirliləri cari çempionatda məğlub edən ilk komanda, həm də 1-ci pilləni onun əlindən alaraq qış çempionu olacaq. Zaur Qarayevin komandasına isə ayyarımlıq tətilə vahid lider kimi yollanmaq üçün bərabərlik də yetərlidi.
Turnir cədvəlində 3-cü gedən "Karvan" Qazax səfərindən qələbəylə dönərsə, qış fasiləsinə 2-ci pillədə yollana bilər. Bu zonada komanda sayı tək olduğuna görə Gəncənin eyniadlı komandası istirahət edəcək.
Onu da bildirək ki, Qərb və Şimal-Qərb zonası da istirahətə yolanmaqa Region Liqası tam qış fasiləsinə çıxacaq. Mübarizə 2022-ci ilin fevralın 5-6-da davam edəcək.
Oxşar xəbərlər
Yeni mövsümün püşkü atıldı - Region Liqası
Bugün "Karvan" - "Göygöl" matçı var - Region Liqası
Yeni mövsümün püşkü atıldı - Region Liqası
Region Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək - Kim, kimə rəqib ola bilər?
AFFA qərar verdi: “Region Liqası” başlayır - Püşkatma 3 şəhərdə keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası