reklam
Mahir Emreli
Sportfm.az xəbər saytı

Mahir Emreli "qartal" olur! -Keçid


Macarıstanın "yaşıl qartallar" adlandırılan "Ferentsvaroş" klubu Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli ilə maraqlanır. 

Sportfm.az xəbər verir ki, Budapeşt təmsilçisinin yeni baş məşqçisi Stanislav Çerçesov qış pəncərəsində ilk transferlərini gerçəkləşdirməyə başlayıb. Onun 24 yaşlı hücumçuya da yönələcəyi istisna deyil. Çünki klub Emrelinin transferində maraqlıdır. Bildirilir ki, Çerçesov da onu məmnuniyyətlə komandasında görmək istərdi. Rusiya millisinin və "Legiya"nın sabiq baş məşqçisi Emrelinin çıxışlarını Avropa Liqası qarşılaşmalarında canlı izləyib. 

Qeyd edək ki, Mahir Emreli bu mövsüm "Legiya"da ümumilikdə 33 oyuna 11 qol vurub. Lakin o, Polşa çempionatında cəmi 2 dəfə fərqlənib. Bu qollardan sonuncusu sentyabrın 25-də "Rakov"a 2:3 hesabı ilə uduzduqları görüşə təsadüf edib. 

Son zamanlar azərbaycanlı hücumçunun qeyri-effektivliyinə dair şikayətlər eşidilməkdədir. O, "Legiya" azarkeşlərinin dekabrın 12-də komandaya hücumu nəticəsində ən çox zərər görən oyunçulardandır. Bu insidentdən sonra Emreli klubunu dəyişmək istəyini gizlətmir. Baxmayaraq ki, komandanın baş məşqçisi dəyişdirilib və bu vəzifəyə Aleksandr Vukoviç gətirilib.  

Oxşar xəbərlər

"Legiya" Mahir Emreli ilə bağlı bəyanat yaydı
"Varşavada "Legiya" sevgisi çox böyükdür" - Mahir Emreli
Mahir Emrelinin klubu cərimələndi - Azarkeşlərə görə
Mahirdən "Legiya"da növbəti qol - Yoxlama görüşü
Mahir Emreli "dubl" etdi, Legiya" qrup mərhələsinə yüksəldi - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər