reklam
Sportfm.az xəbər saytı

"Marsel" - "Qarabağ" oyununda azarkeş məhdudiyyəti -Qərar


Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu məhdud sayda azarkeş izləyə bilər.

Sportfm.az xəbər verir ki, bu, Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlərlə əlaqədardır. 

Qərara əsasən, qapalı məkanlarda 2 000 nəfərdən, açıq havada isə 5 000 nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir. 

Qeyd edək ki, "Marsel - "Qarabağ" oyunu fevralın 17-də "Velodrom" stadionunda olacaq. Cavab görüşü isə fevralın 24-də Bakıda təşkil ediləcək.  

Oxşar xəbərlər

“Qarabağ” – “Marsel” matçına bilet satışı dayandırıldı
"Marsel" - "Qarabağ" oyununda 20 min azarkeş - 15 min bilet satıldı
“Marsel” – “Qarabağ” matçının hakimləri - Konfrans Liqası
"Marsel" azarkeşsiz oynayacaq - Olay
"Qarabağ"ı Fransada gözləyən böyük təhlükə - Problem

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər