reklam
Rəşad Sadıqov
Sportfm.az xəbər saytı

Rəşad Sadıqov "Neftçi"nin rəmzi heyətini açıqladı -SİYAHI


"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov futbolçu karyerasında formasını geyindiyi "Neftçi"nin rəmzi heyətini açıqlayıb.

Sportfm.az xəbər verir ki, veteran müdafiəçi bütün zamanların ən yaxşı "11-liy"ində 15 futbolçuya yer verib.

39 yaşlı keçmiş oyunçu bəzi mövqelərə 2 futbolçunu layiq görüb. Sadıqov özünü də rəmzi komandaya daxil edib.

Qapıçılar: Hüseyn Məhəmmədov / Cahangir Həsənzadə

Müdafiəçilər: İqor Getman / Mahir Şükürov, Ruslan Abbasov, Rəşad Sadıqov, Valeri Abramidze / Aftandil Hacıyev

Yarımmüdafiəçilər: Emin Quliyev, Vidadi Rzayev, Mahmud Qurbanov, Zaur Tağızadə, Samir Əliyev

Hücumçular: Qurban Qurbanov, Georgi Adamiya

Qeyd edək ki, Rəşad Sadıqov 2001 - 2002, 2003 - 2005 və 2006 - 2008-ci illərdə "Neftçi"də çıxış edib.

Oxşar xəbərlər

19:37-də “Neftçi”ni təbrik etdi - Rəşad Sadıqov
Müstəqil Azərbaycanın ən yaxşı futbolçusu seçildi - SİYAHI
Mahmud Qurbanova bir qədər də yaxınlaşdılar
Ağdam klubunun 9 futbolçusu rəmzi komandada - FOTO
Rəşad Sadiqov "Keşlə"yə məşqçi təyin edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər