Messi, Levandovski və Salah...3 ən yaxşı
FİFA 2021-ci ilin ən yaxşı kişi və qadın futbolçuları adına namizədlərin sayını azaldıb.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Kişilər arasında bu ada Lionel Messi (Argentina, “Barselona”/PSJ), Robert Levandovski (Polşa, “Bayern”) və Məhəmməd Salah (Misir, “Liverpul”) iddia edir. İngiltərənin “Mançester Yunayted” komandasının portuqaliyalı hücumçusu Kristiano Ronaldo bu dəfə yekun siyahıdan kənarda qalıb.
Ötən ilin ən yaxşısı olmağa namizəd qadın futbolçular isə bunlardır: Cennifer Ermoso (İspaniya, “Barselona”), Samanta Kerr (Avstraliya, ”Çelsi”), Aleksiya Putelyas (İspaniya, “Barselona”).
Xatırladaq ki, “The Best” mükafatı yanvarın 17-də təqdim ediləcək.
Oxşar xəbərlər
İlin ən yaxşı oyunçusu adına namizədlər - SİYAHI
"The Best" mükafatı sahiblərinə qovuşacaq - FIFA
Levandovski ən yaxşı oldu - SİYAHI
Messi yenə ən yaxşıdır - FOTO
“Qızıl top”a namizədlər açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası