reklam
Dadaşov Portuqaliyanı fəth etməkdə davam edir -
Sportfm.az xəbər saytı

Dadaşov Portuqaliyanı fəth etməkdə davam edir -Uğur


Futbol üzrə Portuqaliya çempionatında 17-ci turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Boavişta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 71-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də məhz Dadaşov verib. Xatırladaq ki, o, ötən tur da məhsuldar ötürmə müəllifi olmuşdu.

“Tondela” 17 turdan sonra 16 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Renat bu dəfə ötürmə verdi
Dadaşovun komandasından bərabərlik - Portuqaliya çempionatı
Dadaşovun komandasından qələbə - Portuqaliya çempionatı
Dadaşov "Benfika"ya qarşı oynadı - 18 dəqiqə
Dadaşov sonadək mübarizə apardı, komandası uduzdu - Portuqaliya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər