Premyer Liqada ən çox təyinat alan hakimlər -SİYAHI
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk yarısında ən çox təyinat alan baş hakimlər müəyyənləşib.
Sportfm.az xəbər verir ki, FIFA referisi Elçin Məsiyev bütün həmkarlarını qabaqlayıb. 31 yaşlı ədalət təmsilçisi 14 turdakı 56 qarşılaşmanın 10-nu idarə edib.
Digər FIFA referisi Əliyar Ağayev isə 9 matçda baş hakim funksiyasını yerinə yetirib. Üçüncü sırada 8 görüşlə Kamal Umudlu yer alıb.
Ölkənin daha bir FIFA referisi Rauf Cabarov, eləcə də Rəşad Əhmədov hərəyə 7 dəfə ədaləti qoruyublar. Vüqar Həsənli ilə Rəvan Həmzəzadə 4, Rauf Allahverdiyev, İnqilab Məmmədov və Fərid Hacıyev hərəyə 2 dəfə təyinat alıbsa, Kamranbəy Rəhimov 1 dəfə baş hakim vəzifəsini yerinə yetirib.
Çempionat görüşlərində ümumilikdə 11 baş hakim iş başında olub.

Oxşar xəbərlər
Əliyar Ağayev Superliqa oyununda - TƏYİNAT
Azərbaycanlı hakim Gürcüstan millisinin oyununda - Təyinat
Premyer Liqamızda 12 mövsümün rekordu
“Qarabağ” – “Qəbələ” oyunu FİFA referisinə tapşırıldı Azərbaycan Kuboku
Ağayevə kömək olan, "Qarabağ"a uğurlu hakim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası