Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Real" Ərəbistanda kubok qazandı -UĞUR
İspaniya Super Kubokunda final oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, həlledici görüşdə "Real Madrid" və Bilbao "Atletik"i üz-üzə gəlib. Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı "Kral Fəhd" stadionunda təşkil olunmuş qarşılaşma Madrid komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. 52-ci dəqiqədə isə Kərim Benzema penaltini dəqiq yerinə yetirib.
87-ci dəqiqədə "kral klubu" Eder Militaonun meydandan qovulması səbəbindən azlıqda qalıb. Lakin "Atletik" say üstünlüyündən yararlana bilməyib.
Bununla da "Real Madrid" tarixində 12-ci dəfə İspaniya Super Kubokuna sahib olub.
Oxşar xəbərlər
Kral klubu lider oldu - EL Klasiko
"Atletiko" - "Real Madrid" oyununda bərabərlik - La Liqa
Kərim hər şeyi 8 dəqiqəyə etdi
Qələbənin təməlini Benzema qoydu - "Real" 3 xala sevindi
Kral klubu Bilbaoda yenə xal itirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası