reklam
Sportfm.az xəbər saytı

"Musa ilə bağlı hər hansı müraciət olmayıb" -AÇIQLAMA


"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Türkiyənin "Beşiktaş" klubunun komandanın hücumçusu Musa Qurbanlı ilə maraqlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Sportfm.az xəbər verir ki, bu barədə açıqlama verən klub rəsmisi "Beşiktaş"dan Musa ilə bağlı hər hansı təklif almadıqlarını deyib:

"Bu, Türkiyə mediasının iddiasıdır. "Beşiktaş"ın Musa Qurbanlını transfer etmək istəməsi ilə bağlı klubumuza istər yazılı, istərsə də şifahi hər hansı müraciəti olmayıb. Qısaca bunu deyə bilərəm".

Xatırladaq ki, Türkiyənin "Fotomac" nəşri "Beşiktaş"ın baş məşqçisi Önder Karavelinin Musa Qurbanlı ilə bağlı "Qarabağ" rəsmiləri ilə görüşdüyünü yazıb. (qol.az)

Oxşar xəbərlər

Musa Qurbanlı “Qarabağ”da - RƏSMİ
Musa Qurbanlı komandası 1/4 finalına yüksəldi
Polşa klubu Musa Qurbanlını istəyir - Transfer
"Beşiktaş"dan Musa Qurbanlıya təklif - İddia
“Qarabağ”dan "Beşiktaş" açıqlaması - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər