Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyəli mütəxəssis Azərbaycan klubunda -Müqavilə
“Xan Lənkəran”ın yeni baş məşqçisi məlum olub.
Sportfm.az xəbər verir ki, İbrahim Uzunca Region Liqasında mübarizə aparan klubun sükanı arxasına gətirilib.
Məşqçilik fəaliyyətinə 1995-ci ildən başlayan İbrahim Uzunca“Adana Dəmirspor”, “Ərciyespor”, “Osmaniyəspor”da çalışıb. O, məşqçi kimi “Bakı”nın əvəzedici komandasına çempionluq yaşadıb.
Türkiyəli bundan əvvəl də Region Liqasında işləyib. İlyarım əvvəl Quba “Şahdağ“ında qısamüddətli fəaliyyət göstərib.
"Xan Lənkəran" dünən baş məşqçi İqbal Babayev və onun köməkçisi Cəfər Mirzəyevi istefaya göndərib.
Lənkəran klubu 13 xalla Cənub zonasında birincidir.
Oxşar xəbərlər
"Cəbrayıl" Region Liqasının qalibidir
"Xan Lənkəran" "Xəzər Lənkəran" adı ilə davam edəcək
"Şahdağ” heyətini yeni futbolçularla gücləndirdi
Azərbaycanlı məşqçi Türkiyə klubunda
"Füzuli" və "Şahdağ" qalib gəldi, "Şəki" xalları yarı böldü - Region Liqasına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası