Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şəhriyar Məmmədyarovdan növbəti qələbə -"Tata Steel Chess"
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində VIII turun görüşünü keçirib.
Sportfm.az xəbər verir ki, rəqib hindistanlı Rameşbabu Praqnanandha olub. Ağ fiqurlarla oynayan Məmmədyarov 46-cı gedişdə Praqnanandhanı təslim olmağa məcbur edib.
Bununla da azərbaycanlı qrossmeyster 8 oyundan sonra xalını 5,5-ə çatdırıb və eyni xala malik norveçli dünya çempionu Maqnus Karlsenlə birgə ilk 2 pilləni bölüşür.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Tata Steel Chess"də 8 görüşünün 3-dən qələbə, 5-dən heç-heçə ilə ayrılıb.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov ikinci oldu - Tata Steel Chess
Şəhriyar Məmmədyarovdan növbəti qələbə - Tata Steel Chess
Şəhriyar Məmmədyarovdan növbəti bərabərlik - Tata Steel Chess
Məmmədyarov liderliyi əldən verdi - “Tata Steel Masters”
Məmmədyarov lider oldu - "Tata Steel"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası