reklam
Sportfm.az xəbər saytı

"Sabah"ın məşqçisi Zubiri bəyənir -Açıqlama


"Sabah" klubunun baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasında çıxış edən ən yaxşı 3 futbolçunun adını açıqlayıb.

Sportfm.az xəbər verir ki, rusiyalı mütəxəssis "Match TV"yə müsahibəsində "Neftçi"dən Emin Mahmudovu, "Qarabağ"dan Abdullah Zubiri və "Zirə"dən Davit Volkovu bəyəndiyini bildirib.

O, "Sabah"ın heyətində heç kimi fərqləndirmək istəmədiyini söyləyib: "Mənim üçün hamısı yaxşıdır. Ümumiyyətlə, limitlə əlaqədar xaricdən Azərbaycan əsilli futbolçuların ölkəyə qaytarılması və onlara idman vətəndaşlığı verilməsi tendensiyası var. Ramil Şeydayevdə olduğu kimi. O, indi "Qarabağ"dadır. Bundan başqa, Tula “Arsenal”ından Ayaz Quliyev və “Ufa”dan Azər Əliyevlə bağlı xeyli söz-söhbət gəzir".

Qeyd edək ki, ötən ilin oktyabrından "Sabah"a başçılıq edən Murad Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.

Oxşar xəbərlər

"Ayaz Quliyev özü "Sabah"a keçmək istəyirdi" - Murad Musayev
“Neftçi” Ayaz Quliyevi transfer edir
"Sabah"ın rusiyalı baş məşqçisi geri döndü
Rusiya klubu Murad Musayevi geri istəyir - İddia
Murad Musayev "Sabah"da - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər