Azərbaycan çempionatı keçiriləcək -Gənclər arasında
Fevralın 8-dən 10-dək sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı keçiriləcək.
Sportfm.az xəbər verir ki, milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyi Bakı İdman Sarayında baş tutacaq.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunacaq.
Çempionatın proqramına əsasən, fevralın 8-də yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kq-da qaliblər müəyyənləşəcək. Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq. Növbəti gün klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kq-da medalçıların adına aydınlıq gələcək. Yarışın son günündə isə 74, 79, 86, 92, 97 və 125 kq-da ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.
Oxşar xəbərlər
Azərbaycan çempionatının başlama vaxtı bilindi
Azərbaycan çempionatının başlama vaxtı məlum oldu - Güləş üzrə
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək
Gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası