reklam
İlk finalçı bəlli oldu -
Sportfm.az xəbər saytı

İlk finalçı bəlli oldu -Klublararası dünya çempionatı


Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan futbol üzrə klublararası dünya çempionatında ilk finalçı bəlli olub.

Sportfm.az xəbər verir ki, ilk yarımfinal görüşündə Misirin “Əl Əhli” və Braziliyanın “Palmeyras” klubları üz-üzə gəlib.

Bu oyunda 2:0 hesablı qələbəyə sevinən Cənubi Amerika təmsilçisi adını finala yazdırıb. Braziliya klubunun heyətində qolları 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu vurublar.

“Palmeyras”ın finaldakı rəqibi fevralın 9-da bəlli olacaq. Digər yarımfinal görüşü Səudiyyə Ərəbistanının “Əl Hilal” və İngiltərənin “Çelsi” klubları arasında keçiriləcək.

Eyni gündə həm də 5-ci yer uğrunda oyun keçiriləcək. Bu oyunda yarımfinala vəsiqə qazana bilməyən Meksika “Monterrey”i ilə BƏƏ təmsilçisi “Əl Cəzirə” qarşılaşacaq.

Oxşar xəbərlər

İlk finalçı bilindi - Klublararası dünya çempionatı
Klublararası DÇ-də yarımfinalçılar məlum oldu
Daha bir iştirakçısı bilindi - Klublararası dünya çempionatı
"Liverpul" dünya çempionatının finalında oynayacaq
"Flamenqo" finala çıxdı - Klublararası dünya çempionatında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər