"Qarabağ"ın oyunu təxirə salındı -“Marsel”ə görə
Konfrans Liqasının play-off mərhələsində Fransanın “Marsel” klubu ilə qarşılaşacaq “Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı oyunu təxirə salınıb.
Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumat yayıb.
“Qarabağ” bu vacib qarşılaşmalara daha yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə rəsmi müraciət edərək Azərbaycan Premyer Liqasının 16-cı turunda 20 fevral tarixdə “Sumqayıt”a qarşı keçirilməli olan görüşün təxirə salınmasını xahiş edib.
Peşəkar Futbol Liqası “Qarabağ”ın ölkə idmanı üçün vacib olan oyunlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq, Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qarabağ” – “Sumqayıt” oyunu 20 fevral tarixindən 12 may tarixinə təxirə salıb.
Oxşar xəbərlər
“Qarabağ” – “Qəbələ” oyunu təxirə salındı - Premyer Liqa
3 oyun təxirə salındı - Azərbaycan Premyer Liqası
“Sabah” – “Zirə” matçı təxirə salındı - Premyer Liqa
“Qarabağ” – “Səbail” oyunu təxirə salındı
"Sumqayıt" - "Qarabağ" matçının məkanı dəyişdirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası