"Qarabağ" azarkeşlərinə müraciət etdi -Konfrans Liqası
Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulmuş biletlər matç günü satışa çıxarılacaq.
Sportfm.az xəbər verir ki, qarşılaşmanı tribunadan izləmək istəyən fanatlar biletləri 17:00-dan 20:30-dək görüşün oynanılacağı "Velodrom" arenasında ayrılacaq kassadan ala bilərlər. Biletlərin qiyməti 20 avrodur. “Qarabağ” azarkeşləri üçün stadiona giriş 20-ci qapıdan olacaq.
Bildirilib ki, stadiona avtomobillə gələcək tamaşaçılar P3 parkinqindən istifadə edə bilərlər. Avtomobil üçün yerlərin sayı məhduddur (22 yer).
Qeyd edək ki, fevralın 17-də keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Oxşar xəbərlər
"Qarabağ" azarkeşlərə müraciət etdi - Biletlərlə bağlı
“Marsel” – “Qarabağ” matçının hakimləri - Konfrans Liqası
"Qarabağ" - "Marsel" oyununun biletləri satışda - Konfrans Liqası
"Qarabağ" azarkeşlərinə müraciət etdi - "Kayrat"la oyun öncəsi
"Qarabağ"ı İspaniyada izləmək 35 avrodur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası