reklam
Mahir Emreli İspaniyaya gedir -
Sportfm.az xəbər saytı

Mahir Emreli İspaniyaya gedir -Avropa Liqası


Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda forma geyinən azərbaycanlı hücumçu Mahir Emreli “Sevilya”ya qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün komanda ilə birlikdə İspaniyaya yollanacaq.

Sportfm.az xəbər verir ki, “Dinamo” Sevilya şəhərinə bu gün yola düşəcək.

Mahirin “Sevilya” ilə matçda meydana çıxıb-çıxmayacağına baş məşqçi Jelko Kopiç qərar verəcək.

Emreli “Dinamo”da komanda ilə məşqlərə ötən gün qatılıb. Azərbaycan millisinin üzvü Zaqreb klubuna transfer olduqdan sonra Xorvatiya çempionatındakı iki oyunu buraxıb.

Fevralın 17-də keçiriləcək “Sevilya” – “Dinamo” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Oxşar xəbərlər

Mahir sabiq klubunu unutmadı - Paylaşım etdi
Mahir Emreli virusa yoluxdu
Emreli üçün şanssız gün - Zədələndi
Mahir məşqlərə başladı
"Dinamo" "Sevilya"ya qarşı - Mahir ehtiyat oyunçular siyahısında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər