reklam
Sportfm.az xəbər saytı

"Neftçi" Ukrayna klubunun futbolçusu üçün hərəkətə keçdi


Ukraynanın “Minay” klubunda çıxış edən Eldar Quliyev yayda klubunu dəyişəcək.
Sportfm.az xəbər verir ki, yarımmüdafiəçiyə həm Azərbayca, həm də Ukrayna klublarından təkliflər var.
Quliyevə “Sabah”dan təklif gəlməsi barədə xəbər vermişdik. Ona Azərbaycandan daha bir klub təklif göndərib. Belə ki, “Neftçi” də Eldarı transfer etmək üçün çalışır. Bu barədə futbolçunun atası saytımızın əməkdaşına məlumat verib.
​“Zorya”, “Aleksandriya”, “Metallist”in də transfer siyahısında yer alan Quliyevin Ukraynada qalacağı, yoxsa “Sabah” və “Neftçi” arasında seçim edəcəyi hələ ki, dəqiq deyil. Son ölkə çempionu Quliyevi yayda transfer etmək üçün indidən hərəkətə keçib və onu razı salmağa çalışır.

Oxşar xəbərlər

"Zirə" Quliyev üçün 100 000 təzminat ödədi
“Neftçi” Ayaz Quliyevi transfer edir
"Şalke" Emrelini razı salmağa çalışır - Danışıqlara başlandı
"Neftçi" millinin oyunçusunu istəyir - Klubu yüksək məbləğ tələb edir
Laval Belçikaya yollanır - Maraq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər