Güləşçilərimiz 9 medalla qayıdır -Bolqarıstandan
Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Veliko Tırnova şəhərindəki Dan Kolov – Nikola Petrov beynəlxalq turnirində daha 4 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, son yarış günündə 86 kq-da mübarizə aparan Orxan Abbasov 3-cü yer uğrunda görüşdə moldovalı Denis Balauru 9:3 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.
Eyni çəki dərəcəsindəki Abubakr Abakarov finalda gürcüstanlı Sandro Aminaşvili ilə qarşılaşıb. 7:0 hesabıyla qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
97 kq-da çıxış edən Məhəmmədxan Məhəmmədov da final görüşündə qüvvəsini sınayıb. O, həlledici qarşılaşmada iranlı Meysam Abdini "tuşe" ilə məğlub edərək, qızıl medal əldə edib.
125 kq-dakı Rahid Həmidli isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Solomon Manaşvili ilə qarşılaşmalı idi. Lakin rəqibi zədələndiyi üçün xalça üzərinə çıxmadığından Azərbaycan təmsilçisinə texniki qələbə verilib.
Qeyd edək ki, turnirdə daha əvvəl kişilərdən Əliabbas Rzazadə (57 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc, Turan Bayramov (74 kq) gümüş, Cəbrayıl Hacıyev (74 kq) qızıl medal qazanıb. Qadınlardan isə Elis Manolova (65 kq) üçüncü yeri tutub.
Oxşar xəbərlər
5 yunan-Roma güləşçimiz medal qazana bilər - Avropa çempionatı
Azərbaycanın qadın güləşçisi Avropa 2-cisi olub
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 7 medalla başa vurub
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Avropa çempionatı
Azərbaycan güləşçilərinin adları açıqlandı - Bolqarıstan turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası