Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Şəmkir” bəyanat yayıb
Azərbaycan Birinci Divizionunda çıxış edən "Şəmkir" bəyanat yayıb.
Sportfm.az sizləri həmin bəyanatla tanış edir: "Birinci divizionun XV turu çərçivəsində baş tutan "Şəmkir"-"Şahdağ" oyununda (1-0) rəqib komandanın futbolçusu Sərxan Ağayevin 60-cı dəqiqədə xəsarət alaraq xəstəxanaya çatdırılması heç də, yaxşı hal deyil. Komandamız adından "Şahdağ" klubunun hücumçusuna Allahdan şəfa diləyirik! Onu da bildirək ki, matdçdan dərhal sonra bütün komanda üzvlərimiz Şəmkir Mərkəzi Xəstəxanasında Sərxan Ağayevin səhhəti ilə yaxından maraqlanmış, lazım olan dəstəyi göstərmişdir. "Şəmkir" Futbol klubu olaraq bildirmək istəyirik ki, Sərxan Ağayevin xəsarət aldığı epizodda müdafiəçimiz Cəmil Hacıyev futbola yad olan heç bir qeyri-peşəkar hərəkət etməmişdir. Matçın videosunu izləyənlər də hadisənin adi oyun epizodunda baş verdiyini görə bilərlər. Bir daha "Şahdağ" klubunun futbolçusu Sərxan Ağayevə şəfa diləyir, karyerasında uğurlar arzulayırıq"!
Oxşar xəbərlər
“Cəbrayıl” cərimə edildi - QƏRAR
"Şahdağ Qusar" və "Kür-Araz"dan qələbə - II Liqa
“Qəbələ”nin futbolçuları Ağayevə maddi dəstək oldular
Azərbaycanlı futbolçu oyunda huşunu itirdi - FOTOLAR
"Şahdağ"dan "Şəmkir"ə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası