"İstər-istəməz bizi ciddiyə alacaqlar" -Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə Bakıda keçirəcəkləri cavab oyunu barədə danışıb.
Sportfm.az xəbər verir ki, o, görüşdən öncə təşkil olunan mətbuat konfransında futbolçularının Fransa təmsilçisi ilə matçda yaxşı oyun nümayiş etdirəcəyinə inandığını deyib:
“Dərhal hiss olunur ki, oyuna böyük ajiotaj var. Qış aylarından sonra Azərbaycanda avrokubok oyunu keçirilməmişdi. Azarkeşlərimiz də çox istəklidir. Bizə güvəndiklərinə görə hər birinə təşəkkür edirəm. Rəqibin çox yaxşı baş məşqçisi və oyun üslubu var. İlk matça kimi də onları təhlil etmişdik. Düşündüyümüzün çoxunu meydanda gördük və ona qarşı düzgün oynadıq. Səfərdə "Marsel"i daha yaxından tanıdıq. Futbolçularıma da demişəm ki, burada daha yaxşı oynamalıyıq. Azarkeşlərimiz yaxşı oyunumuzla istirahət etsinlər, hər şeyi bir anlıq da olsa unutsunlar. İnşallah, bunu bacararıq. "Marsel" son çempionat görüşündə uduzub. İstər-istəməz bizi ciddiyə alacaqlar. Bu amil bizə mane ola bilər. Amma futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Komandalar arasında Fransada oynanılan ilk matç "Marsel"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
"Bu komandada məşqçi işi dərhal hiss olunur" - Heyn Vanhazebruk
"Qarabağ" - "Marsel" oyununa nə qədər bilet satılıb? - 8 min
“Qarabağ” – “Marsel” matçına bilet satışı dayandırıldı
"Meydanda öz oyunumuzu göstərməyə çalışacağıq" - "Qarabağ"ın legioneri
"Özümüzə daha çox güvənməliyik" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası