Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Şəmkir"in futbolçusuna ağır cəza!
Sportfm.az xəbər verir ki, İntizam Komitəsi ötən həftə keçirilən oyunlarla bağlı qərarlarını açıqlayıb. 12 fevral 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XVIII turunun "Zirə” – "Qəbələ” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 74-cü dəqiqəsində "Qəbələ” klubunun 5 №-li futbolçusu Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
İntizam Komitəsinin qərarları
13 fevral 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XVIII turunun "Neftçi” – "Sumqayıt” matçında "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
12 fevral 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun "Neftçi” – "Sumqayıt” matçında "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
12 fevral 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XV turunun "Şəmkir” – "Şahdağ” matçında "Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 66-cı dəqiqəsində "Şəmkir” klubunun 57 №-li futbolçusu Cəmil Hacıyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.
12 fevral 2017-ci il U-19 Liqasında "Zirə” – AZAL matçının 90+3-cü dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Samir Alıyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
12 fevral 2017-ci il U-19 Liqasında "Turan Tovuz” – "Kəpəz” matçının 68-ci dəqiqəsində "Turan Tovuz” klubunun 1 №-li futbolçusu Yaşar Quliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun 90+3-cü dəqiqəsində "Turan Tovuz” klubunun 5 №-li futbolçusu Eldar Şıxməmmədov və "Kəpəz” klubunun 9 №-li futbolçusu Babək Mehtiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır.
8 fevral 2017-ci il U-19 Liqasında, "Qəbələ” – "İntet” matçı başa çatdıqdan sonra "Qəbələ” klubunun 3 №-li futbolçusu Tural Əjdərli və "İnter” klubunun 4 №-li futbolçusu Rəşid Əliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyun cəzalanır.
8 fevral 2017-ci il U-19 Liqasında, AZAL – "Turan Tovuz” matçının 80-cı dəqiqəsində "Turan Tovuz” klubunun 9 №-li futbolçusu Nicat Sadıqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyun başa çatdıqdan sonra AZAL klubunun 7 №-li futbolçusu Fuad Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
9 fevral 2017-ci il U-16 Liqasında, "Neftçi” – "Qarabağ” matçının 43-cü dəqiqəsində "Neftçi” klubunun 19 №-li futbolçusu Nicat Musayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
9 fevral 2017-ci il U-16 Liqasında, "Vətən” – "İntet” matçının 80-cı dəqiqəsində "Vətən” klubunun 2 №-li futbolçusu Firuz Əhmədov və "İnter” klubunun 12 №-li futbolçusu Nicat Zeynalov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyun cəzalanır.
10 fevral 2017-cı il futzal üzrə Azərbaycan çempionatının "Xəmsə” – "Yasamal” matçının 40-ci dəqiqəsində "Xəmsə” klubunun 8 №-li futbolçusu Qüdrət İsmayılovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
10 fevral 2017-cı il futzal üzrə Azərbaycan birinciliyinin "Yeni Günəşli” – "Fryday Baku” matçında "Fryday Baku” klubunun iştirak etməməsinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.
Oxşar xəbərlər
Üç komanda oyuna gəlmədi və məğlub oldu! - Azərbaycanda
“Neftçi” yenə cərimə olundu
AFFA "Mançester Yunayted"in futbolçusunu cəzalandırdı
Təhqiredici pankartlar "Qəbələ"ni ziyana saldı
"Kəpəz" və "Qəbələ" cərimələndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq














Misli Premyer Liqası