Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mbappe İbrahimoviçə çatdı -Qol sayında
Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe Paris təmsilçisində vurduğu qolların sayına görə Zlatan İbrahimoviçə çatıb.
Sportfm.az xəbər verir ki, 23 yaşlı hücumçu Liqa 1-də "Sent Etyen"ə 3:1 hesabı ilə qalib gəldikləri XXVI tur oyununda dubla imza atıb.
İbrahimoviç və Mbappe PSJ-də 156 dəfə fərqləniblər. İsveçli forvard buna 180-ci, fransalı oyunçu isə 205-ci görüşündə nail olub.
Uruqvaylı Edinson Kavani hər iki hücumçudan daha çox qol vurub. O, 301 qarşılaşmada 200 qolla yadda qalıb.
Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. İbrahimoviç 2012 - 2016, Kavani isə 2013 - 2020-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib.
Oxşar xəbərlər
Mbappe dubl etdi, PSJ 3 xal qazandı - Liqa 1
Mbappe PSJ-dən ayrılır - Müqaviləni yeniləməyəcək
Mbappedən daha bir uğur
Mbappe Messiyə çatdı - qol rekordunu təkrarladı
Mbappe PSJ-də qalacaq - Taleyinə aydınlıq gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası