reklam
Rusiyalı klub prezidentinə sanksiya tətbiq edildi -
Sportfm.az xəbər saytı

Rusiyalı klub prezidentinə sanksiya tətbiq edildi -Qadağa


ABŞ hökuməti Rusiya siyasətçiləri və biznesmenlərinə sanksiyalar tətbiq edib.

Sportfm.az xəbər verir ki, sanksiya siyahısına biznesmenlər Boris və Arkadi Rotenberq qardaşları, habelə, Alişer Usmanov da düşüb.

A.Rotenberq Rusiya Hokkey Federasiyasının İdarə Heyətinin sədri və Kontinental Hokkey Liqasının (KHL) Direktorlar Şurasının üzvüdür.

B.Rotenberq Rusiyanın "Soçi" futbol klubunun prezidentidir.

A.Usmanovun USM, "Megafon" və "Yota" şirkətləri martın 2-dək İngiltərənin "Everton" klubunun sponsorları idi. Klubun səhmlərinin böyük hissəsi (68,6 faiz) onun biznes tərəfdaşı Fərhad Moşiriyə məxsusdur.

Bundan başqa "Transneft"in prezidenti Nikolay Tokaryov, biznesmen Yevgeni Priqojin, VEB.RF-in rəhbəri İqor Şuvalov, "Rostex"in rəhbəri Sergey Çemezov və maliyyə naziri Anton Siluanov da sanksiya altına düşüb.

Siyahıda həmçinin Rusiyanın 7 təşkilatı, nəşri və onlarla əlaqəli şəxslər dezinformasiya yaydıqları üçün yer alıb.

Oxşar xəbərlər

Zelenski elə bir fərman imzaladıki...
Avropa İttifaqı Kabayevaya qarşı sanksiyalar tətbiq edəcək - Putinə görə
Rusiyalı prezidentə sanksiya tətbiq edildi
Putin təşkilatdakı vəzifəsindən kənarlaşdırıldı - Qərar
ABŞ məşhur futbolçuya qarşı sanksiya tətbiq etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər