reklam
Messinin geyimini məsxərəyə qoydular -
Sportfm.az xəbər saytı

Messinin geyimini məsxərəyə qoydular -FOTO


Keçmiş ingilis futbolçu Devid Bekhemin oğlu Romeo Bekhem Fransaya gedib. 

Sportfm.az xəbər verir ki, Romeo Parisdə azarkeşi olduğu məşhur futbolçular Lionel Messi, Kilian Mbappeni və Neymarı ziyarət edib. 

Bekhem onların hər biri ilə foto çəkdirib. Romeo idmançılarla şəkillərini 3.3 milyon izləyicisi olan instaqram hesabında paylaşıb. Onun Messi ilə olan fotosu sosial şəbəkə istifadəçilərinin müzakirələrinə səbəb olub.

İzləyicilər məşhur futbolçunun qırmızı dəstini bəyənməyiblər. Onlar Messinin əynindəkinin paltar yox, adyal olduğunu bildiriblər.

İstifadəçilər "Balaca olanda anam da məni belə geyindirirdi", "Görəsən, Messini kim belə geyindirib?" kimi sözlər yazaraq onu tənqid atəşinə tutublar. 

Oxşar xəbərlər

Azərbaycanlı iş adamı Messi ilə görüşdü - FOTO
Bekhem Premyer Liqa klubu ilə anlaşdı - FOTO
Hər paylaşımdan sərvət qazananlar - SİYAHI
MLS klubundan Messiyə təklif gəldi
Bekhemdən xanımına sürpriz - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər