reklam
Sportfm.az xəbər saytı

"Bütün matçlara son oyun kimi çıxırıq" -Aleksey Baqa


"Hazırda yalnız peşəkarlığımızı qorumalıyıq, çünki qələbənin resepti budur".

Sportfm.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XIX tur matçından sonra mətbuat konfransında deyib.

Belaruslu mütəxəsis bildirib ki, rəqibin heyətində kifayət qədər yaxşı futbolçular var: "Bunun da nəticəsi kimi yaxşı nəticə qazandılar. Hər kəs öz oyununu göstərdi. Belə komandalara qarşı matçlarda da xal qazanmaq lazımdır. Amma bu, bizə nəsib olmadı".

41 yaşlı baş məşqçinin sözlərinə görə, hazırda rəqib seçəcək vəziyyətdə deyillər: "Bütün matçlara son oyun kimi çıxırıq. İstənilən görüşdə xal qazanmaq istəyirik. Ona görə də emosionallıq olur".

O, tezliklə komandasının da qələbə qazanacağına inandığını söyləyib: "Bu məqam da gəlib çatacaq. İnanıram ki, məni də qələbə münasibətilə təbrik edəcəksiniz".

Oxşar xəbərlər

"Futbolçularımdan razı qaldım" - Qurban Qurbanov
"Qarşıma hansısa hədəf qoymağı sevmirəm" - Rəşad Sadıqov
"Neftçi"nin təhlükəli futbolçuları var" - Aftandil Hacıyev
APOEL-in baş məşqçisi: "Bu dəfə başqa cür olacaq"
Qurban Qurbanov sürpriz gözləyir - Rəqibdən

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər