reklam
Azərbaycanın güləş yığması Avropa çempionu oldu -
Sportfm.az xəbər saytı

Azərbaycanın güləş yığması Avropa çempionu oldu -UĞUR


Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatına yekun vurulub.

Sportfm.az xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə milli komandası tarixi nailiyyətə imza atıb. Yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında yollanan komanda 7 medal qazanıb.

Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.

Beləliklə, 10 çəkidən 9-da yer alan yığma 4 qızıl və 3 bürünc medal əldə edib. Yekunda 159 xal toplayan Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub. Türkiyə (151 xal) ikinci, Gürcüstan (149 xal) isə üçüncü yeri tutub.

Qeyd edək ki, həm medalların əyarına, həm də komanda hesabına görə bu nəticə sərbəst güləş millisinin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisidir.

Oxşar xəbərlər

Sərbəst güləşçilərimiz Bakıya qayıtdı - UĞUR
Avropa çempionu olmuş sərbəst güləşçilərimiz Vətənə qayıtdı - VİDEO
Güləşçilərimizdən tarixi nəticə - Avropa çempionatı
Güləş millimiz Avropa üçüncüsü oldu! - 3 qızıl və 1 gümüş
Milli komandamız Avropada 3-cüdür - Uğur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər