MY ispanlara məğlub oldu -UEFA Çempionlar Liqasında
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, bununla da 1/4 finala növbəti vəsiqələrin sahibi bəlli olub.
İspaniyanın "Atletiko" (Madrid) klubu İngiltərədə "Mançester Yunayted"in qonağı olub. Qarşılaşma Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 41-ci dəqiqədə Renan Lodi vurub. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından səfər qələbəsi Dieqo Simeonenin başçılıq etdiyi kollektivi növbəti mərhələyə çıxarıb.
Gecənin digər oyununda "Ayaks" Niderlandda Portuqaliya "Benfika"sını qəbul edib. Bu görüşdə də qonaqlar rəqibini minimal hesabla məğlub ediblər. Lissabon təmsilçisinin heyətində 77-ci dəqiqədə Darvin Nunyes fərqlənib. İlk matç 2:2 hesabı ilə yekunlaşdığından, bu nəticə "Benfika"nı 1/4 finala daşıyıb.
Oxşar xəbərlər
İngiltərə - İspaniya dueli - Çempionlar Liqası
Həftənin rəmzi komandası - Çempionlar Liqası
"Yuventus" darmadağın oldu - Çempionlar Liqası
"Atletiko" və "Ayaks" qələbəni əldən verdi - Çempionlar Liqası
"Barselona" "Napoli"yə qarşı, "Çelsi" ilə "Bavariya" üz-üzə - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası