reklam
Azərbaycan çempionatı start götürdü -
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatı start götürdü -Bədii gimnastika üzrə


Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verilib.

Sportfm.az xəbər verir ki, Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışda fərdi gimnastlar gənclər (2007-2009-cu il təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Qaliblər həm ayrı-ayrı alətlərdə – top, halqa, gürzlər, lent, həm də, çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günündə gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günündə isə alətlər üzrə final mərhələləri keçiriləcək.

Turnirdə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, “Grasiya” İK, Respublika Kompleks İdman Məktəbi, Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı yarışacaq.

İki illik fasilədən sonra xüsusi karantin rejimində yumşalma tədbirləri ilə əlaqədar azarkeşlər yarışları izləmək imkanı əldə edəcəklər.

Oxşar xəbərlər

Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək
Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başladı - FOTO
Bakıda "GymBala" adlı beynəlxalq turnirə start verildi
Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir
Bədii gimnastika üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər