reklam
Voleybol üzrə yeni turnir keçiriləcək -
Sportfm.az xəbər saytı

Voleybol üzrə yeni turnir keçiriləcək -Bahar Kuboku


Martın 17-də Azərbaycan Voleybol Federasiyasının idman zalında Novruz bayramına həsr olunan Bahar Kubokuna start veriləcək.

Sportfm.az xəbər verir ki, qadın voleybolçular arasında təşkil olunacaq yarışda Azərbaycan Super Liqasının iştirakçıları - “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC komandaları mübarizə aparacaqlar.

Kubok uğrunda oyunlar iki gün davam edəcək. Püşkə əsasən, yarış “Azərreyl” - “Abşeron” matçı ilə start götürəcək. Görüş saat 14:00-da başlayacaq. Saat 16:00-da “Murov” UNEC-i sınağa çəkəcək.

Reqlamentə əsasən, qalib gələn komandalar 1-ci, məğlub olanlar isə 3-cü yer uğrunda mübarizə aparacaqlar. Hər iki matç martın 18-də keçiriləcək.

Oxşar xəbərlər

“Heydər Əliyev kuboku”nun təqvimi açıqlandı
İlk final oyunlarının vaxtı açıqlandı - Azərbaycan çempionatı
"Azərreyl" qalib gələ biləcəkmi? - Azərbaycan çempionatı
Azərbaycan çempionatında II turun təqvimi
Növbəti turun proqramı açıqlandı - Voleybol çempionatları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər