reklam
Timoşuk -
Sportfm.az xəbər saytı

Timoşuk -Vətən xaini, yoxsa satqın?


Ukrayna milli komandasının sabiq futbolçusu Anatoli Timoşuk ölkənin futbol tarixindən rəsmən silinib.

Sportfm.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) Etika və Ədalətli Oyunlar Komitəsi qərar qəbul edib.

Hazırda Rusiya "Zenit"ində məşqçi kimi çalışan Timoşuk UAF Lisenziyalaşdırma Mərkəzinin verdiyi Pro lisenziyasından məhrum edilib.

43 yaşlı mütəxəssisin bütün dövlət mükafatlarından və fəxri adlarından məhrum edilməsi üçün dövlət orqanlarına müraciət olunacaq. O, Ukrayna çempionatının, ölkə kubokunun və Ukrayna Super Kubokunun qalibi kimi bütün titullardan da məhrum olub. Veteran oyunçu həmçinin milli komandanın oyunçularının rəsmi reyestrindən çıxarılıb. Timoşukun Ukrayna ərazisində futbol fəaliyyəti ilə məşğul olması qadağan edilib.

Qeyd edək ki, UAF daha əvvəl Anatoli Timoşukun Etika və Ədalətli Oyun Kodeksini pozduğunu açıqlayıb.

Oxşar xəbərlər

Zelenski elə bir fərman imzaladıki...
Nuriyevin komandası Ukrayna ordusuna avtomobil bağışladı - 3 ədəd
Millinin sabiq kapitanı bütün titullardan məhrum edildi
Millimizin hücumçusu Ukrayna klubunda - RƏSMİ
Rusiya idmanına böyük zərbə! - Yarışlardan məhrum olundular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər