reklam
Sportfm.az xəbər saytı

"Zelenski Ukrayna xalqını birləşdirdi" -Andrey Şevçenko


Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko Rusiyanın ölkəsini işğalı haqda danışıb.

Sportfm.az xəbər verir ki, o, əvvəlcə “Daily Mail” nəşrinə müsahibəsində hərbi təcavüzün ilk günləri haqda danışarkən deyib:

“Mən yatırdım. Anamdan zəng gəldi. O dedi ki, bunu söyləmək asan deyil, müharibə başladı. Rusiyanın müharibəyə başlayacağına inanmazdıq. Biz şoka düşdük”.

Şevçenko daha sonra deyib: “Onlar Ukrayna xalqına humanitar dəhliz vermirlər. Anam, bacım, əmim, xalam ordadır. Bəzi dostlarım ön xəttədir. Onlar ölkəmizi, azadlığımızı, seçimimizi, qürurumuzu müdafiə edirlər.

Prezident Volodimir Zelenskinin mövqeyi çox vacib idi. O, gedə bilərdi. Amma o, qalacağını, ölkəmizi müdafiə etməli olduğumuzu dedi.  Bu, Ukrayna xalqını birləşdirdi. O, onlarla qaldı. Biz təslim olmayacağıq”.

Oxşar xəbərlər

Şevçenko bu millini çalışdıracaq
"Bütün Ukrayna üçün oynamalıyıq” – Şevçenko
"O, böyük prezidentdir" - Şevçenko
Şevçenko MLS-də çalışacaq
Andrey Şevçenko Ukrayna millisindən getdi - Müqavilə bitdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər