Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Mən bunun gülünc olduğunu düşünürəm" -Van Qal
Futbol üzrə Niderland millisinin baş məşqçisi Lui van Qal DÇ-2022-nin Qətərdə keçirilməsini tənqid edib.
Sportfm.az xəbər verir ki, niderlandlı mütəxəssis, bunun FİFA tərəfindən verilən yanlış qərar olduğunu deyib:
“Hamı bilir ki, mən bunun gülünc olduğunu düşünürəm. FİFA-nın dediyi kimi, orada futbolu yaxşılaşdırmaq üçün oynamağımız gülməlidir. Bu, cəfəngiyyatdır.
Bu ölkədə necə turnir təşkil edirsiz? Amma fərq etməz. Söhbət puldan, maliyyə maraqlarından gedir. Bu, FİFA-nın əsas motividir”.
DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Niderland yığması turnirə vəsiqə qazanıb. Lui van Qalın komandası seçmə mərhələdə G qrupunda birinci yeri tutub.
Oxşar xəbərlər
FİFA "dərinə gedir" - Hər şey görünəcək
Burak Yılmaz millidən getdi - "Bunun doğru qərar olduğunu düşünürəm"
FIFA yeni turnir təsis etdi - 22 yığma iştirak edəcək
FIFA-nın yekun qərarı nə oldu?
FIFA Mayamidə iclas keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası