Azərbaycanlı idmançının olimpiya medalı əlindən alındı -Ağır cəza
Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov sərt cəzalandırılıb.
Sportfm.az xəbər verir ki, 29 yaşlı idmançı 8 il müddətinə diskvalifikasiya olunub. O, həmçinin olimpiya medalından məhrum edilib.
Beynəlxalq Dopinq Test-Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb və idmançını yarışdan kənarlaşdırıb.
Qərardan narazı qalan ağırlıqqaldıran CAS-a müraciət edib. O, araşdırma müddətində yarışlardan müvəqqəti uzaqlaşdırılmışdı.
Təcrübəli idmançı 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.
Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.
Oxşar xəbərlər
Rəhimov Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verdi
Azərbaycanlı olimpiya çempionunun qızıl medalı əlindən alındı - 8 il diskvalifikasiya
Azərbaycanlı olimpiya çempionu dəstək istədi - "Ağırlıqqaldırma mənim həyatımla bağlıdır"
"Məni ittiham edirlər" - Azərbaycanlı olimpiya çempionu
Azərbaycanlı olimpiya çempionu yarışlardan kənarlaşdırıldı - Dopinqə görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası